?>

Müharibə olsa Hizbullah günə iki min raket atacaq

Müharibə olsa Hizbullah günə iki min raket atacaq

Sionist İsrail rejiminin yüksək rütbəli hərbi rəsmisi müharibə baş verəcəyi təqdirdə Hizbullah tərəfindən günə iki min raketin atılacağını bildirib.

ABNA24 Xəbər Verir,  İsrail rejiminin “Daxili Cəbhəsi Ordusu”nun komandanı general-mayor Uri Qordin FransPress-ə bunu deyib.

İsrail generalı Livanda baş verən son hadisələrə münasibət bildirib və möhtəməl müharibənin fəsadları barədə danışıb.

O bildirib ki, son Qəzzə müharibəsində İsrailə rekord həddə raketlər atılıb və müharibə şimal cəbhələrində də olsa Hizbullah tərəfindən bu rəqəmin beşqatı atılacaq.

İsrail rejiminin hərbi mənbələri Hizbullahın raket arsenalında minimum 120 min raketin olduğunu bildirirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*