?>
İİR Xəbərləri

"Muhəmədin (s) Maarifi İşığında" Təşkilatının İİR-ın 13-cü prezident seçkiləri ilə bağlı təbrik məktubu

Cənab Ayətullah Seyyid İbrahim Rəisi! İslam Ümmətinin bir üzvü olaraq Sizdən gözləntimiz işlərinizdə daha ciddiyyətli olub, Vəliyyi Əmr Muslimin, həzrət İmam Xameneinin göstərişlərinə və İmam Zaman həzrətlərinin şərəfli gəlişinin tezləşdirilməsi zəminində hazırlanmış layihələrinə dagha ciddiyyətlə əməl etməyiniz, dünya məzlumlarının harayına çatmağınız, zalımlar və onların planları qarşısında şiddətli olmağınızı təvəqqe edirik. Bu yolda Siz cənablarına Allah Təaladan uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, "Muhəmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında"  Elmi və Mədəni-maarif Təşkilatı İİR-da keçirilən 13-cü prezident seçkiləri ilə bağlı təbrik məktubu:

 

“Mehriban və Bağışlayan Allahın Adı və Yadı ilə

Əziz və dəyərli Ümümdünya Müsəlmanlarının Ali Lideri, İmam Xamenei həzrətləri, Ali Təqlid Mərcələri və Qəhrəman İran xalqı!

Hörmətli cənab Seyyid İbrahim Rəisinin, İran İslam Respublikasının Prezident vəzifəsinə seçilməsi münasibətilə Sizləri səmimi-qəlbdən təbrik edirik.

Bütün həssas məqamlarda olduğu kimi bu dəfə də bəsirətiniz sayəsində İmam Xamenei həzrətlərinin və Ali Təqlid Mərcələrinin verdikləri doğru və düzgün göstərişlərinə əməl etməyiniz ilə 13- cü Prezident seçkiləri İran İslam Respublikasında uğurla həyata keçirildi.

Bəşəriyyətə qənim kəsilmiş imperialist və dünya sionizim qüvvələri Sizin bu doğru və düzgün seçiminizdən bərk qəzəblənmiş və püskürməydə olan kinlərini daha da şiddətləndirmişlr. Bu günlərdə artıq Ayətullah Seyyid İbrahim Rəisinin ünvanına sionizmə bağlı medialarda qarayaxma kampaniyasına başlamışdır. Ancaq unutmamalıyıq ki, düşmənlərin bu addımı İran xalqının və Seyyid İbrahim Rəisi cənablarının doğru və düzgün yolda olmasına aşkar bir sübutdur. Necə ki, İslam İnqilabının Banisi, Dahi Şəxsiyyət İmam Xomeyni (rizvanullah) həzrətləri düşmənlərin tərifləri və təhdid etmələri haqqında belə buyurardı:

“Əgər Amerika bizim haqda tərif deyərsə və Amerika qazetləri bizi tərifləyərlərsə bu zaman xalq mütləq sual etməlidir ki, nə baş verir?” (Səhifeyi İmam, cild 9, səh. 527.)

“Bu günlərdə bizim üçün ehtimal oluna biləcək böyük xətər budur ki, xalq hökümətdən üz çevirə. Amerika hökümətə və ya rəsmilərə nə qədər söyüş verəsədə bir o qədər xalq arasında bunların hörməti çoxalacaqdır. Digər tərəfdən yolunazmışlar sizlərə hər nə qədər pislsələr və yamanlasalar bir o qədər sizin üçün yaxşıdır və xeyrinizədir. Müsibət o zamandır ki, sizi tərifləyələr.” (Shifəyi İmam, cild 17, səh. 250.)”

Cənab Ayətullah Seyyid İbrahim Rəisi! İslam Ümmətinin bir üzvü olaraq Sizdən gözləntimiz işlərinizdə daha ciddiyyətli olub, Vəliyyi Əmr Muslimin, həzrət İmam Xameneinin göstərişlərinə və İmam Zaman həzrətlərinin şərəfli gəlişinin tezləşdirilməsi zəminində hazırlanmış layihələrinə dagha ciddiyyətlə əməl etməyiniz, dünya məzlumlarının harayına çatmağınız, zalımlar və onların planları qarşısında şiddətli olmağınızı təvəqqe edirik. Bu yolda Siz cənablarına Allah Təaladan uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

“Salam olsun İbrahimə! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi.” (Qurani Kərim, Səffat sürəsi, ayə 109-110 və 111.)

 

“Muhəmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında”

Elmi və Mədəni-maarif Təşkilatı

İran İslam Respubllikası, Qum şəhəri.

20/06/2021

 

#Yaşasın_Azərbaycan_İİR_Qardaşlığı

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*