?>

Mossad şefi bu gün Əbu-Dəbiyə gedir

Mossad şefi bu gün Əbu-Dəbiyə gedir

Birləşmiş Ərəb Əmirlikləri və sionist İsrail rejimi arasında anlaşmanın əldə olunmasından iki gün sonra Mossad şefi Yusi Kohen Əbu-Dəbiyə səfər edir.

ABNA24 Xəbər Verir, Mossad şefi Yusi Kohen Əmirliklərin vəliəhdiilə görüşmək məqsədilə bu gün bazar Əbu-Dəbiyə səfər edəcək.

Bu məlumata görə, sionist "Məkan" radiosu İsrailin casusluq təşkilatı Mossad-ın başçısı Yusi Kohenin Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zaid Ali-Nihyan ilə görüşüb, danışıqlar aparmaq məqsədilə bu gün Əbu-Dəbiyə səfər edəcəyindən xəbər verib.

Qaynağın bildirdiyinə görə Yusi Kohen BƏƏ və İsrail arasında əldə olunmuş anlaşmanın detallarını muzakirə etmək məqsədilə Əbu-Dəbiyə səfər edir.

Bundan öncə də Yusi Kohenin dəfələrlə gizli şəkildə BƏƏ-yə səfər etməsinə dair xəbərlər dərc olunub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*