?>

Moskva: Ukrayna Odessaya kimyəvi hücum saxtakarlığı törətmək istəyir

Moskva: Ukrayna Odessaya kimyəvi hücum saxtakarlığı törətmək istəyir

Rusiya müdafiə nazirliyi xəbərdarlıq edib ki, Ukrayna hökuməti Moskvanı Odessa limanındakı mülki infrastrukturlara qarşı hücumda ittiham etmək üçün kimyəvi maddələrdən istifadə etmək niyyətindədir.

ABNA24 Xəbər Verir , Ukraynanın Rusiyanın Maiupolda kimyəvi silahlardan istifadə etməsinə dair isbat olunmamış iddialarından sonra Moskva bu dəfə Kiyevin başqa bir kimyəvi hücum saxtakarlığını planlaşdırdığı haqda xəbərdarlıq edib.

Rusiya müdafiə nazirliyi bu gün səhər saatlarında yaydığı bəyanatda bildirib: Ukrayna beş ölkədən olan doxsan xarici vətəndaşı girov və insan qalxanı kimi saxlayır. On səkkiz ölkədən olan yetmiş altı xarici gəmi Ukraynanın yeddi limanında həbsdə qalmaqda davam edir.

Rusiya müdafiə nazirliyi sonra belə şərh edib: Biz gəmilərin təhlükəsiz hərəkəti, bu sahədə ölkələr və şirkətlərin nümayəndələrilə təmasın qarşısının alınması tərzi ilə bağlı humanitar bir keçid açmışıq.

Nazirlik əlavə edib: Biz beynəlxalq təşkilatlardan və gəmi sahibi olan şirkətlərdən həmin gəmilərin təhlükəsiz çıxışlarına əmin olmaq üçün Kiyevə təsir götərməyi davam etdirmələrini istəyirik.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*