?>

Moskva ilə mütləq gərginlik yaşanacaq

Moskva ilə mütləq gərginlik yaşanacaq

Siyasi ekspert Natiq Cəfərli Rəsmi Azərbaycanın Krım Platformasına getməməsini məqsədə uyğun hesab edərək deyib: Kreml bu tədbirdə iştirak edənlərə qarşı aqressiv ola bilər, olacaq da.

ABNA24 Xəbər Verir, Siyasi ekspert  Natiq Cəfərli Azərbaycanın Krım Platformasına qoşulmalı olduğu haqda siyasilərin və ictimai fəalların aktiv müzakirəsi haqda danışarkən deyib ki, Moldova Rusiyanın işğal etdiyi Dnestryanı bölgədən, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyadan əlini üzdüyü üçün o platformaya qatılıblar.

Natiq Cəfərliyə görə, Azərbaycan Respublikası hələ Xankəndi və ətraf bölgələrdən imtina etməyib. Kreml ilə bütün körpüləri yandırmağın öz bədəli var.

Ekspertin qənaətincə hələ ki, Moskva da bizlə gərgin münasibətlər istəmir, amma öz yaxın çevrəsinin dili ilə tez-tez təhdid edir. Yəni, hələ də Azərbaycan Respublikası üçün Xankəndi və ərtafının məsələsini həll etmək şansı var. 

Siyasi analitik eyni zamanda bu fikirdədir ki, bu şans tükənəcək və mütləq Rusiya ilə gərgin münasibətlər olacaq: “ Moskva ilə gərginlik yaşanacaq, ona görə də indidən bu günə hazırlıqlar görülməli, de-fakto və de-yure ittifaqlar gücləndirilməlidir.”- deyə Natiq Cəfərli bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*