?>

Moskva: Heç kim Talibanı tanımağa tələsmir

Moskva: Heç kim Talibanı tanımağa tələsmir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə deyib ki, Moskva Talibanın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır deyil.

ABNA24 Xəbər Verir,Vasili Nebenzia əlavə edib ki, heç kim Talibanı tanımağa tələsmir.

Onun sözlərinə görə, tanınma məsələsi o zaman yaranır ki, beynəlxalq ictimaiyyət Taliban hakimiyyətinin verdiyi vədlərin və öhdəliklərin yerinə yetiriləcəyinə əmindi.

Rusiyalı diplomat Talibanın həyata keçirməyi öhdəsinə götürdüyü məsələlərə, o cümlədən insan hüquqlarına, xüsusilə də qadınlar və qızlara aid məsələlərə, həmçinin terrorizm və narkotiklərlə mübarizəyə toxunub. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*