?>

Moskva ABŞ dövlət katibinin anti-rus sözlərinə cavab verib

Moskva ABŞ dövlət katibinin anti-rus sözlərinə cavab verib

Amerikanın Rusiyadakı iki konsulluğunu bağlamaq qərarı Moskvanın kəskin reaksiyası ilə üzləşib.

ABNA24 Xəbər Verir, Rusiya rəsmiləri Vaşinqtonun bu qərarını və ABŞ dövlət katibi Mayk Pompeonun anti-rus rəftarını tənqid ediblər.

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komissiyasının sədri Leonid Slutskiy dünən bir tvittdə yazıb ki, ABŞ dövlət katibi Mayk Pompeo ruhi xəstədir və ağır psixoloji şəraitdən əziyyət çəkir.

Slutskiy sonra vurğulayıb: Amerikanın Rusiyadakı iki konsulluğunu bağlamaq və Rusiyanı öz düşmən ölkələri siyahısına salmaq, Pompeonun bu ruhi vəziyyətindən söz açır.

Donald Tramp hökuməti özünün son günlərində bu ölkənin Rusiyanın Vladivostok və Yekaterinburq şəhərlərində qalmış iki konsulxanasını bağlamaq niyyətindədir. Beləliklə, Amerikanın yalnız Moskvadakı səfirliyi fəaliyyət göstərəcək.

Bundan öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika hökumətinin Rusiyada qalmış iki konsulluğunu bağlamaq qərarına işarə ilə demişdi ki, Ağ Ev-in bu addımı iki ölkə münasibətlərini bundan artıq pozmayacaq, çünki Amerikanın Rusiyadakı konsulxanaları çoxdan idi ki, fəaliyyət göstərmirdilər.

Bundan qabaq Amerikanın/ İngiltərədə yaşayan rus casus Sergey Skripal ilə qızı Yuliyanın əsəb sistemini pozan hərbi zəhərlə zəhərləndirilmələri haqda Rusiyaya ittiham vurmasının ardınca Moskva Vaşinqtona Sankt-Peterburqdakı konsulxanasını yığışdırmaq barədə göstəriş vermişdi.

Kreml ilə Ağ Ev arasındakı əlaqələr son aylar br sıra məsələ üstündə gərginliklə müşayiət olunubdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*