Mariya Zaxarova: Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq. Bu, mayın 24-də tərəflər arasında razılaşdırılıb.
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Moskva ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazırdır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir.
Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq. Bu, mayın 24-də tərəflər arasında razılaşdırılıb.
Təbii ki, 2021-ci il noyabrın 26-da Soçidə liderlərin bəyanatında qeydə alındığı kimi sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üzrə addımlar atmaq vacibdir", - deyə o bildirib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!