?>
Afrika Qitəsi Xəbərləri - Somali

Moqadişuda BMT karvanına qarşı törədilən partlayışda 8 nəfər ölüb

Moqadişuda BMT karvanına qarşı törədilən partlayışda 8 nəfər ölüb

Xəbər mənbələri hücuma görə məsuliyyəti Əl-Şəbab vəhhabi terror qruplaşmasının üzərinə götürdüyünü bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Somalinin paytaxtında BMT-nin ofisində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Partlayış Moqadişu Beynəlxalq Hava Limanının şimalında, BMT-nin Moqadişudakı qərargahının qarşısında baş verib.

Xəbər mənbələri hücuma görə məsuliyyəti Əl-Şəbab vəhhabi terror qruplaşmasının üzərinə götürdüyünü bildirib.

Partlayışdan sonra federal polis partlayış baş verən ərazini mühasirəyə alıb, ictimai və şəxsi avtomobillərə gedən yolları bağlayıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*