?>

Microsoft: Ukraynanın dövlət qurumları kiber hücuma məruz qalır

Microsoft: Ukraynanın dövlət qurumları kiber hücuma məruz qalır

“Microsoft” şirkəti Ukraynanın dövlət qurumlarına və təşkilatlarına məxsus onlarla kompüter sisteminin dağıdıcı zərərverici proqrama yoluxduğunu aşıqlayıb.

ABNA24 Xəbər Verir, Microsoft bazar günü bir bəyanatda qeyd edib ki, cümə axşamı aşkar edilən bu zərərli proqram ransomware kimi maskalanır, lakin təcavüzkar tərəfindən aktivləşdirilərsə, yoluxmuş kompüter sistemini işlək hala gətirə və onları sıradan çıxara bilir. 

Microsoft-un məlumatəna görə, bu zərərli proqram onlarla zədələnmiş sistemdə aşkar edilib və bu rəqəm arta bilər; Təsirə məruz qalan sistemlər Ukraynada yerləşən bir neçə hökumət, qeyri-kommersiya və informasiya texnologiyaları təşkilatlarına məxsusdur. 

Microsoft-un bəyanatı elə bir halda yayımlanır ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Serhiy Demdyuk bildirib ki, Ukraynada baş verən və təhdid xarakterli mesajlarla dövlət qurumlarının internet saytlarının fəaliyyətini dayandıran hücumlar UNC1151 adlı qrup tərəfindən həyata keçirilib ki, bu da pərdə arxasında baş verən dağıdıcı hərəkətlər üçün örtükdür. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*