"Microsoft" şirkəti Rusiya, Çin və İrandan olan hakerlərin Prezident Donald Trampın və rəqibi Co Baydenin seçki qərargahının əməkdaşlarına kiber hücumlar təşkil etməkdə ittiham edib.
ABNA24 Xəbər Verir, bu barədə şirkətin açıqlamasında deyilir."Son həftələrdə "Microsoft" Tramp və Baydenin qərargahında işləyən şəxslərə uğursuz hücumlar edildiyini qeydə alıb", şirkət məlumatında deyilir.
Xüsusilə, "Microsoft" namizədlərin qərargahları, qeyri-hökumət təşkilatları, partiyalar da daxil olmaqla 200-dən çox təşkilata edilən hücumların Rusiyadan fəaliyyət göstərən "Stronsiy" kod adlı qrupun həyata keçirdiyini bildirib.
342/