?>

Məşhur hüquq müdafiəçisinin taleyində hakimiyyət maraqlı olub?

Məşhur hüquq müdafiəçisinin taleyində hakimiyyət maraqlı olub?

Dünən məşhur hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakının mərkəzində maşın vurduğu vaxtdan iki il keçir. Həmin qəzadan sonra o komada qalır.

ABNA24 Xəbər Verir,Turan İnformasiya Agentliyi bu mövzu barədə bir yazıda bildirir ki, Qəza nəticəsində Oqtay Güləliyev, başından xəsarət alıb və tam şüurlu və sərbəst şəkildə hərəkət edə biləcək vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Amma indiyədək aydın olmayan səbəblərdən 2019-cu il oktyabrın 29-dan 30-na keçən gecə beyninə qansızma ilə əlaqədar onun vəziyyəti pisləşib.

Naməlum səbəblərdən prokurorluq hələ də Gülalıyevin ölümcül vəziyyətə çatdırılmasının səbəbini müəyyən edə bilməyib. Nəsimi Rayon Prokurorluğu və Baş Prokurorluq dəfələrlə işi məntiqi sona çatdıracağını vəd edib. Hətta 2020-ci ilin sentyabrında iş ayrıca icraata ayrılıb. Amma 2020-ci il dekabrın 25-də prokurorluq cinayət işi açmaqdan imtina edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva 2021-ci il yanvarın 7-də Oqtayın bir ildən çoxdur komada olmasına səbəb olan həkimlərin məsuliyyətə cəlb edilməsi zərurəti haqqında bəyanatla Azərbaycan baş prokuroru Kamran Əliyevə müraciət edib. Cavab gəlməyib.

Məktub dərc edildikdən sonra, yanvarın 25-də Nəsimi rayon prokurorluğu baş prokurorun şəxsi nəzarəti altında yenidən araşdırmaya başlayın. Amma araşdırmanın bütün müddətlərinin başa çatmasına baxmayaraq, indiyədək heç bir nəticə yoxdur.

Ailənin demarşından və ictimai narazılıqdan sonra yol qəzasından bir il sonra Gülalıyevi avtomobil vurması faktı üzrə məhkəmə prosesi başlayıb. Bu cür yubanma hakimiyyətin insidentə bağlı olmasına dair müxtəlif şübhələrin yaranmasına səbəb olub.

Turan İnformasiya Agentliyinin yazısında sonda belə deyilir: Oqtay Gülalıyev hər zaman insanların harayına yetişən vətəndaş  kimi diqqətə və qayğıya layiqdir. Mübaliğəsiz demək olar ki, o, təqiblərə, təzyiqlərə baxmayaraq, hüquq müdafiəçisi kimi minlərlə vətəndaşa kömək edib. Azərbaycanın ən parlaq hüquq müdafiəçilərindəndi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*