?>
Qərb Xəbərləri – İngiltərə

Məscidə hücumun və 10.000 günahsız insanın qətlinin təşkilatçısı olan 17 yaşlı ingiltərəlinin həbsi!

Məscidə hücumun və 10.000 günahsız insanın qətlinin təşkilatçısı olan 17 yaşlı ingiltərəlinin həbsi!

Polis: “...Onun “böyük plan” adlı ideyası var idi və bu planda bombanın necə hazırlanacağı, hədəf kimi müəyyən edilən bir sıra yerlərin və insanların adları qeyd olunmuşdur. O, həmçinin 10.000 günahsız insanı öldürməyə çalışırdı.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Uiltşir əyalətində Məscidə atəş açaraq 10 min müsəlmanı öldürməyə səy göstərdiyinə görə 2 il həbs cəzası alan 17 yaşlı oğlana məhkəmə hökmü çıxarıb.

Polis 2021-ci ilin iyunun 18-də yeniyetmənin radikal dolu irqçiliyi aşılayan yazısını aşkar etdikdən sonra həbs edib. Onun “böyük plan” adlı ideyası var idi və bu planda bombanın necə hazırlanacağı, hədəf kimi müəyyən edilən bir sıra yerlərin və insanların adları qeyd olunmuşdur. O, həmçinin 10.000 günahsız insanı öldürməyə çalışırdı.

Həbs edildikdən sonra Sauthempton Gənclər Məhkəməsi həmin şəxsi terrorçu adlandırıb və ona reabilitasiya mərkəzində 24 ay cəza çəkməyi və 22 fund sterlinq ödəməyinə hökm çıxarıb.

17 yaşlı gənc təxribat əməliyyatlarında istifadə edilən maddələrə sahib olduğunu da etiraf edib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*