?>
Qarabağ İslam Torpağıdır

Mərsiyə ilə dəfn olunan polkovnik leytinant Şəhid Orxan Əkbərov – Video

Həyatında İmam Hüseyni özünə örnək bilən polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 6-sı isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda, uğrunda canını verdiyi torpağa Quran ayələri oxuna-oxuna və Əhli Beytə (əleyhimus səlam) mərsiyələr deyilə-deyilə tapşırılıb.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, "Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı canı ilə, qanı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıqdır" - deyiblər. Azərbaycan xalqı bu gün gözüqıpıq deyildir, qürurludur, çünki düşmənə layiqli cavab verən igidlər vətəninin qalib xalqıdır...

Azərbaycanının Zəfər tarixini yazan şəhidlərindən biri də öz cəsurluğuyla yaddaşlarda iz buraxmış, əməliylə şəxsiyyətini təsdiq etmiş, şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğludur.

O, 12 dekabr 1982-ci il Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə təhsil alıb. Orxan Əkbərov orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirmiş, 2004-2005-ci illərdə Təlim-Tədris mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat Tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat Bölük komandiri vəzifəsində, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin Kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləyib. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyi kimi 2020-ci il sentyabr ayında da başlanan İkinci Qarabağ Müharibəsində böyük şücaətlər göstərib. Şəhidimiz düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşın və 6 texnikasını məhv edib.

Həyatında İmam Hüseyni özünə örnək bilən polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 6-sı isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda, uğrunda canını verdiyi torpağa Quran ayələri oxuna-oxuna və Əhli Beytə (əleyhimus səlam) mərsiyələr deyilə-deyilə tapşırılıb.

Qeyd edək ki, Orxan Nadir oğlu Əkbərova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*