?>
Qarabağ İslam Torpağıdır

"Mən sağam, gəl qəbrimin üstünə" deyən Şəhid baş leytenant Vüsal Kazımovun həyatına qısa baxış - Video

Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibədə Füzuli, Cəbrayıl, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla, “Ləbbeykə Ya Hüseyn!”, “Allahu Əkbər!” və Quran Kərimin sürələrinin tilavəti ilə dəfn edilmişdir.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı Şəhid Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Azərbaycanın Talış Bölgəsində, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil almışdır. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirmişdir…

Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlamışdır. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla, “Ləbbeykə Ya Hüseyn!”, “Allahu Əkbər!” və Quran Kərimin sürələrinin tilavəti ilə dəfn edilmişdir.

O, İkinci Qarabağ Müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 15.12.2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medal, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, baş leytenant Kazımov Vüsal Kamran oğlu ailəli idi, iki övladı var. Xanımı Aysel Kazımova həyat yoldaşı haqqında belə danışıb:

“18 oktyabr 2014-cü ildə ailə qurduq. 2015-ci ildə qızım dünyaya gəldi. 2020-ci il ikinci qızım dünyaya göz açdı. Günlərin birində "Aysel, mən şəhid olsam, nə edərsən" deyə soruşanda "Bu barədə düşünmək belə istəmirəm", - dedim. Bilmirdim ki, gün gələcək, xəyallarını qurduğu Şəhidlik zirvəsi bir gün reallığa çevriləcək...

21 sentyabrda hərbi təlim çağırşı ilə Lənkəran şəhər hərbi komissarlığına yola düşdü... Bircə qanadı çatmırdı uçmağa. Yola düşdü... Gündə bir dəfə də olsa, mütləq zəng vurub uşaqlar ilə danışırdı. Hətta bir dəfə telefonda doluxsundu ki "Aysel, şişirəm e, uşaqlar üçün. Ürəyim partlayır daha. Telefonu ver Nuraya. Başladı Nurayla danışmağa: "Nuray dərslərini yaxşı oxu. Ata gələndə sənin üçün hədiyyə gətirər. Gələrəm, səni bərk-bərk qucaqlayaram, yatarıq. Telefonu qoy bacının qulağına. Aynur, ay Aynur, ata de, a-ta. Ata sizin ikinizi də öpür".

Və beləcə, 26 oktyabrda zəng edib telefonda dedi ki, yerimizi dəyişirlər. Zəng çatmasa, narahat olmayasız. Yerləşək, özüm mütləq imkan tapan kimi zəng edəcəm. Bir gün, üç gün, beş gün. Artıq içimizi yeyən o qurdlar bizi narahat etməyə başladı...

Gün gəldi - 26 noyabr. 1 ay. Yerə, göyə sığmıyan 1 ay. Gözümüz yollarda, əlimizdə telefon. Və 29 noyabr. Heç bir cümləyə sığışdıra bilməyəcəyim 29 noyabr... Gəldi. Büsbütün, tam olaraq gəldi. Arzusuna çatdı gəldi. Sonradan bildik ki, könüllü olaraq, xidmətə yazılıbmış.

Bir neçə gün bundan öncə yuxuda gördüm ki, "Mən sağam, gəl qəbrimin üstünə" deyə çağırır məni. Getdim. Ürəyimi boşaltdım, onu dinlədim, gəldim...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*