?>

Məmurların pornoqrafik görüntü müşkülü

Məmurların pornoqrafik görüntü müşkülü

Azərbaycan Respublikasında dövlət məmurlarına qarşı pornoqrafik fırıldaq halları artır.Daha bir vəzifəli şəxsin intim görüntüləri yayılıb.

ABNA24 Xəbər Verir, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin pornoqrafik görüntüləri yayılıb. Videgörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin də intim görüntüləri yayılmışdı.

İstər ailə həyatında istərsə də tutduğu vəzifəsində özününkülərə qane olmayan və tam arxayınlıqla istədiyini edən məmurları son vaxtlar pornoqrafik götüntülərinin yayılması nigaran etməyə başlayıb. Əslində pulun mənbəyinin harada olduğunu başa düşən fırıldaqçılar, qanunsuz yolla külli miqdarda pul əldə edən dövlət məmurlarını hədəfə alıblar. Həmin fırıldaqçılara bəzi jurnalistlər də daxildir.

Sosioloqlara görə hər nəyin bahasına olursa olsun varlanmaq cəhdlərinin artması cəmiyyətdə mənəvi boşluq barədə təhlükə siqnalını səsləndirmiş olub.

Bəzi sosial şəbəkə istifadəçilərinə görə isə məmurların pornoqrafik görüntülərinin yayılması məmurlar arasında rəqabətdən irəli gələn çəkişmələrin nəticəsidir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*