?>

Lukaşenko Özbəkistanı dərs çıxarmağa dəvət etdi

Lukaşenko Özbəkistanı dərs çıxarmağa dəvət etdi

Belarus Prezidenti KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında Özbəkistan hökumətinə səslənib.

ABNA24 Xəbər Verir, Aleksandr Lukaşenko deyib: “Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarının baxışları Özbəkistana yönələcəkdir”.

A.Lukaşenko söyləyib ki, Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyanın postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirmək istəyən çox sayda qüvvə cəmləşib. “Qazaxıstanla sərhəddə çoxlu sayda beynəlxalq terrorçu toplanıb. Postsovet respublikalarında bu mənfi tendensiyaları aradan qaldırmaq üçün, indiki halda Qazaxıstanda olan problemi yalnız Qazaxıstan çərçivəsində həll etmək kifayət etmir. Gördüyümüz kimi, ən yaxın xalqlar - qazaxlar və qırğızlar postsovet dövründən miras qalmış və yaradılmış çətin problemləri birlikdə həll etməyə çalışmalıdırlar”  - deyə 67 yaşlı siyasətçi vurğulayıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*