?>

Lavrov: "Rusiya artıq Avropa İttifaqına arxalana bilməz"

Lavrov:

Rusiya xarici işlər naziri bildirib ki, Moskva artıq iqtisadi mövzularda Brüssel ilə etibarlı əlaqələr qurmağa arxalana bilməz, çünki Avropa Birliyi hər an Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

ABNA24 Xəbər Verir, bu sözləri Sergey Lavrov Rusiyadakı Avropa Biznes Assosiasiyasının üzvləri ilə görüşdə dilə gətirib. O, deyib: "Avropa İttifaqının Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbuledilməzdir və Brüssel Moskva üçün etibarsız tərəfdaşa çevrilib. 

Lavrov bu görüşdə, həmçinin vurğulayıb ki, Rusiya prinsipcə, Əfqanıstana mümkün hava zərbələri endirmək üçün Qərb ölkələrinin hərbi infrastrukturlarını Mərkəzi Asiya ölkələrinin ərazisinə köçürmələri və ya orada yeni hərbi strukturların yaradılmasına qarşıdır, çünki bu, Rusiyanın bölgədəki müttəfiqlərini terror qruplarının hədəfinə çevirə bilər. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*