?>

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

ABNA24 Xəbər Verir, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Deyilənlərə görə, rusiyalı sülhməramlılarının öz səlahiyyətlərini aşmaları və erməni hərbi birləşmələrinin canlandırılmasına təşəbbüs göstərmələri Azərbaycanı reaksiya verməyə vadar edib. 

Azərbaycanda hesab edirlər ki, Rusiya balans yaratmaq adı altında sürətlə Ermənistan Ordusunun bərpası ilə məşğuldur və bu məsələ qonşu ölkədə revanşist qüvvələrin ruhlanmasına səbəb ola bilər.

Türkiyəy gəlincə isə, 44 günlük müharibədən sonra onun Azərbaycanda hərbi iştirakına və qonşu ölkəyə texnika satmasına yeni imkanlar yaranıbdır. Rusiya türk hərbçilərinin bölgədə bütün fəaliyyətlərini diqqətdə saxlayır. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*