?>

KTMT kontingenti Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacaq

KTMT kontingenti Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacaq

Rusiya prezidenti bildirib ki, öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq.

ABNA24 Xəbər Verir, Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı eyni zamanda sülhməramlı kontingentin Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.

Qazaxıstandakı hadisələri kənar müdaxilələrin nümunəsi adlandıran Putin deyib: Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik.

Rusiya Prezidenti Qazaxıstanda baş verənləri aqressiya aktı adlandırıb: “Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”.

Putin Qazaxıstanda Maydan texnologiyasından istifadə olunduğunu da qeyd edib: “Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*