?>

Kreml Taliban hökumətinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək

Kreml Taliban hökumətinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək

Rusiya sentyabrın 11-də Taliban tərəfindən qurulan müvəqqəti hökumətin andiçmə mərasiminə qatılmayacaq.

ABNA24 Xəbər Verir, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Əfqanıstanda narkotik ticarəti və terrorizmlə bağlı hansı gəlişmələrin olacağını bilmədiklərini bildirən Peskov deyib: “Bu səbəbdən yeni rəhbərliyin Əfqanıstanda hansı addımlar atacağını bilmək bizim üçün vacibdir”.

Rusiyanın taliblərin sentyabrın 11-də yeni müvəqqəti hökumətin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib: “Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”.

ABŞ geri çəkildikdən sonra Əfqanıstanı nəzarətə götürən Taliban Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri yeni hökumətin təqdim edilməsi mərasiminə dəvət edib.

Bu arada Rusiyanın xarici İşlər naziri qonşu ölkələri Əfqanıstanda baş verən hadisələrlə bağlı ayıq-sayıq olmağa çağırıb. 

Sergey Lavrov bu haqda deyib ki, Əfqanıstanda mövcud vəziyyətin qonşu ölkələrə yayılacağı barədə düşünmək hələ tez olsa da, region dövlətləri hadisələrə qarşı ayıq-sayıq olmalıdırlar. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*