?>

Kreml bu barədə dərhal məlumat verəcək

Kreml bu barədə dərhal məlumat verəcək

Kremlin mətbuat katibi Dmitri Peskov Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü barədə yayılan məlumatlara münasibət bildirib.

ABNA24 Xəbər Verir, Kremlin mətbuat katibi Dmitri Peskov deyib: "Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcək."

Qeyd edək ki, mətbuatda noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi və üçtərəfli bəyanatın imzalanacağı ilə bağlı məlumat yayılıb.

Məlumata əsasən, noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki sənəd imzalanacaq.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd isə regionda kommunikasiya əlaqələrinin açılmasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*