?>

Konqresmenlər Türkiyəyə F-16 satılmasına qarşıdırlar

Konqresmenlər Türkiyəyə F-16 satılmasına qarşıdırlar

ABŞ-ın bir qrup demokrat və respublikaçı konqresmeni bu ölkə prezidenti Co Baydeni Türkiyəyə F-16 qırıcıları satmamağa çağırıb. Onlar Konqresin belə bir ixracı bloklayacağını əminliklə dilə gətiriblər.

ABNA24 Xəbər Verir,  Nümayəndələr Palatasının 11 üzvü Baydenə və ABŞ Dövlət Katibi Entoni Blinkenə göndərdiyi məktubda, Türkiyəyə 40 ədəd yeni "F-16" və 80 ədəd modernizasiya dəsti satıla biləcəyi ilə bağlı son xəbərlərdən dərin narahatlıq hissi ifadə edib.

Məlumata əsasən, konqresmenlərin məktubunda deyilir: "Bu planlar həyata keçərsə, Konqresin belə bir ixracın qarşısını alacağından əminik, amma Birləşmiş Ştatlar indiki məqamda Türkiyə hökumətinə istənilən qabaqcıl hərbi avadanlığı sata bilməz".

ABŞ konqresmenlərin müxalifəti ilə bağlı xəbərlər elə bir halda yayılıb ki, bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar ölkəsinin ABŞ-dan F-16 qırıcıları almağa başladığını açıqlamışdı. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*