?>
Əziz İalam Peyğəmbərinin (s) Səhabəsi

Kermanşah vilayətinin ecazkar təbiəti qoynunda yerləşən Uveys Qərəniyə nisbət verilən hərəm – Foto

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, bənzərsiz və füsunkar mənzərəli, əyri üyrü yollardan keçərək, Kermanşah şəhərindən şərqə 16 km məsafəni qət etdikdən sonra, dağın göbəyində İslamın böyük şəxsiyyətlərindən birinin məzarına və pak hərəminə çatırıq. Peyğəmbəri (səlləllahu əleyhi və alih) görmədən ona tam varlığı ilə iman gətirən səhabə, Əmirəlmöminin həzrəti Əli (əleyhi səlam) ilə bir yerdə küfrə qarşı vuruşaraq şəhid olan şəxs, İrfanın ən böyük mistik ilham verən şəxsiyyətlərdən biri olan "Uveys Qərəni". "Veys Nazar Türbəsi" olaraq da tanınan bu məqbərə Səlcuqlular dövrünə təsadüf edir və 15 may 1975-ci ildə 1054 nömrəsi ilə İranın milli abidələri siyahısında qeydə alınmışdır. Bu türbə, Kermanşah vilayətinin çox sayda turist qəbul edən və turistlərin marağına səbəb olan gözəl ziyarətgahlarından biridir. Bu ziyarətgaha getmək üçün Kermanşahın qərbindən Sənəndəc magistiral yolu ilə getməli və Qazançı üç yol ayrılıcığına çatdıqdan sonra Ravansar şəhərinin marşrutu ilə getməlisən. 10 km yol qət etdikdən sonra Uveys Qərəninin dağlıq, əyri üyrü və yüksəkliklərdə yerləşən yolunun başlanğıcına çatacaqsınız. Bu dağlıq yoldan türbəyə çatmaq üçün 6 km məsafəni qət etməlisiniz. Türbə "Bişe Kuh" adlı bir dağın zirvəsindədir. Zirvəyə, türbənin yerinə çatdığımızda yüksəklikdən valeh edici bir mənzərə görsənir. Şərqdə Kermanşahın əfsanəvi Parav və qərbdə Xorin dağları uzaqdan görünür. Həm də gözəl Həşilan bataqlığı və Bəluç zirvəsi cənub istiqamətində yerləşən gözəl mənzərələrdən biridir. Bu ziyarətgahın cazibədar yerlərindən biri də bahar və yaz aylarında rəngarəngliyi ilə seçilən gözəl mənzərəli düzənliklərdir. Bu hündürlük o qədər gözəldir ki, bu gün həm də paraşütçülər və hava idmanı həvəskarları üçün uçuş yeri kimi istifadə olunur. Ziyarətgahın başqa bir cazibəli yerlərindən biri də onun yanında yerləşən dini, ənənəvi və qədimi bir bazarın olmasıdır.

Son illərdə türbənin yanında səyyahların istifadə etməsi üçün bir məscid tikilmişdir. Əlbətdə ki, bu ziyarətgahın Uveys Qərəniyə aid edilməsinin doğruluğu barədə şübhə var. Uveys Qərəninin öldüyü və dəfn edildiyi məkan barəsində rəvayətlərdə müxtəlif və ziddiyyətli xəbərlər gəlmişdir. Şamdan Kürdüstana, Sistan və Qəzvindən tutmuş ta Azərbaycana qədər yerləri bu şəxsiyyətin ölüdüyü və dəfn olduğu yerlər göstərilmişdir. "Tarix Təbəri" kimi mənbələr tərəfindən də təsdiqlənən bir rəvayətə görə, Uveys Qərəni cənabları Suffeyn döyüşündə İmam Əlinin (əleyhi səlam) qoşununda idi və "Müaviyyənin" (lənətullahi əleyh) ordusu tərəfindən şəhid edilmişdir. Buna görə də onun ən məşhur məzarı, indiki Suriyanın Rəqqa şəhərində, Ammar Yasir (Safin müharibəsinin digər böyük şəhidi) həzrətlərinin pak hərəmi yanında yerləşir. Rəqqa şəhərindəki və Kermanşahdakı bu türbədən əlavə, "Qəzvin" şəhərinin şimal yüksəkliklərində yerləşən "Sultan Veys" kimi tanınan başqa bir türbə də ona, Uveys Qərəni cənablarına aid edilir.

Tarixdə bu müxtəlif türbələrin yaranma səbəbini belə izah edirlər: Üveys Qərəni Süffeyn müharibəsində Müaviyyənin (lənətullahi əleyh) ordusu tərəfindən şəhid edildikdən sonra, onu sevən və onunla maraqlanan hər kəs cənab Uveys Qərəninin cənazəsini öz bölgəsinə aparılmasını və orada basdırılmasını istəyirdi. Nəhayət, 7 qrup 7 cəsədi bu gümanla ki, cənab Uveys Qərəninin pak cənazəsidir öz ərazilərinə aparır. Bunlardan biri də Kermanşahda yerləşir. Uveys Qərəni böyük bir İlahi və mənəvi şəxsiyyətə sahibdir. Onun Peyğəmbərə (səllləllahu əleyhi və alih) və Onun Vəlisin olan həzrət İmam Əliyə (əleyhi səlam) olan sevgisi, həmçinin anasına etdiyi xidmətlər sayəsində Allah Təalanın ən böyük müqəddəslərindən biri və Övliyalahradan sayılır. "Şeyx Müfid" Həzrət Əlidən (ə) bir rəvayət nəql etmişdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Uveys Qərəni haqqında belə buyurmuşdu: "O, Hizbullahçı və Hizburəsulillahçıdır (yəni Allahın və Rəsulunun partiyasındandır). Ölümü din yolunda şəhid olmaqla olacaq və bir çox dəstə onun şəfaəti ilə cəhənnəm odundan xilas olacaqdır."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*