?>

Kaliforniyada yanmış sinaqoqun bərpasını Azərbaycan öz üzərinə götürdü

Kaliforniyada yanmış sinaqoqun bərpasını Azərbaycan öz üzərinə götürdü

Azərbaycan Respublikası ABŞ-da yəhudilərin yanmış sinaqoqlarının bərpasına yardım göstərir.

ABNA24 Xəbər Verir, Kaliforniya ştatının San-Xose şəhərində bu yaxınlarda tikilmiş Xabad Evi sinaqoqu 2021-ci il dekabrın 23-də baş vermiş yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev öz “Twitter” hesabındakı paylaşımında bildirib: “Ötən ilin dekabrında baş vermiş yanğın nəticəsində Xabad Evi sinaqoqunun dağıldığını öyrəndim və bu, məni kədərləndirdi. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu sinaqoqun bərpasına vəsait ayırıb. İnsanları bu cür səyləri dəstəkləməyə təşviq etmək üçün bunu paylaşın. Sinaqoqun təntənəli açılışını səbirsizliklə gözləyirəm”, - deyə Nəsimi Ağayev sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan qonşu Gürcüstanda fəaliyyət göstərən sinaqoqları da pulsuz qazla təmin edir!

Bakıdakı möhtəşəm “Xabad-Or-Avner” təhsil mərkəzi isə Azərbaycanın birinci ledisi Mehriban Əliyevarəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Onun açılış mərasimi 2010-cu ildə keçirilib və mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

ABŞ-da çıxan Jewish Journal nəşri Azərbaycan hökumətinin yəhudilərə olan isti münasibəti barədə yazır: “Azərbaycanda yəhudi icmasına həqiqətən unikal münasibət var. Bu gün Qubada yerləşən Qırmızı qəsəbə İsrail və Nyu-Yorkdan kənarda yəhudilərin kompakt yaşadığı ən böyük məkandır. Qırmızı qəsəbə həqiqətən nadir incidir.”

Azərbaycanın Los-Anceləsdəki Baş Konsulluğunun San-Xosedəki Xabad sinaqoqunun bərpasına dəstəyindən danışan Azərbaycan Aşkinazi yəhudilərinin baş ravvini Şneor Seqal deyib: “Azərbaycanın yəhudi xalqına qarşı 2000 illik isti, mehriban münasibətinin Kaliforniyaya qədər yayılması məndə dərin təəssürat yaradıb”.

Məsələyə San-Xosedəki Xabad sinaqoqunun ravvini Mendel Vaynfeld də münasibət bildirib. O deyib: “Yardımın bizdə hansı ruh yüksəkliyini yaratdığını, bizi necə ümidləndirdiyini ifadə etmək çox çətindir. Bu böyük səxavət göstəricisidir”.

Nəşr onu da yazır ki, bu gün Bakıdakı Xabad icması yeni mikvanın tikintisi ilə məşğuldur və o, əlbəttə ki, Azərbaycan hökumətətinin maliyyə yardımı hesabına inşa edilir. O, “Xabad-Or-Avner” təhsil mərkəzinin maliyyələşməsinə də kömək edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*