?>

Kabilin Şiə rayonunda məktəblərdə terror aktı / Onlarla azyaşlı şagird və körpə şəhid oldu - Foto

Əbdül Rəhim Şəhid məktəbinin müəllimi Zəkəriyyə Ülfət “Afganistan Daily Information” qəzetinə birinci partlayış nəticəsində təxminən 20-25 şagirdin şəhid olduğunu açıqlayaraq, əlavə edib: “Birinci partlayışın ardınca məktəbdə müəllimlər şagirdlərin həyatını xilas etmək üçün onları təhlükəsiz dəhlizlərdə yerləşdirən zaman ikinci partlayış baş verdi”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kabilin qərbində Şiələrin yaşadığı ərazidə təhsil mərkəzlərində törədilən silsilə terror aktları nəticəsində onlarla körpə və yeniyetmə şəhid olub və ya yaralanıb.

Əfqanıstan media mənbələri bildirib ki, ilk partlayış Kabilin qərbindəki Qale-No bölgəsindəki xüsusi məktəbdə baş verib və hadisə şahidləri bir neçə nəfərin yaralandığını bildirib.

Birinci partlayışdan sonra Kabilin qərbindəki “Əbdül Rəhim Şəhid” məktəbində isə ardıcıl iki partlayış baş verib.

Əbdül Rəhim Şəhid məktəbinin müəllimi Zəkəriyyə Ülfət “Afganistan Daily Information” qəzetinə birinci partlayış nəticəsində təxminən 20-25 şagirdin şəhid olduğunu açıqlayaraq, əlavə edib: “Birinci partlayışın ardınca məktəbdə müəllimlər şagirdlərin həyatını xilas etmək üçün onları təhlükəsiz dəhlizlərdə yerləşdirən zaman ikinci partlayış baş verdi”.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*