?>
Qarabağ İslam Torpağıdır

Kəlbəcərdə ilk dəfə salavat deyib, Ləbbeykə Ya Hüseyn! Ləbbeykə Ya Zəhra! deyən Azərbaycan hərbiçiləri – Video

Aşağıda müşahidə edəcəyiniz videoda 28 ildən sonra ilk dəfə Kəlbəcərə daxil olan Azərbaycan hərbi kalonun görürsünüz. Hərbiçilərimiz tarixi bir video çəkərək bildirirlər ki, uzun illərdən sonra ilk dəfə Kəlbəcərdə salavat deyənlər məhz onlar olmuşlar. Və ucadan hamı salavat çəkərək “Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd və əccil fərəcəhum!” deyirlər...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, “böyük qüdrətlərin” anti-İslam hədəfləri ilə başlatdıqları İkinci Qarabağ Müharibəsi heç də düşmən qüvvələrinin istədiyi nəticəni vermədi. Azərbaycan Respublikasının hərbiçiləri, Allah Təalanın onlara bəxş etdiyi xüsusi inayətilə bu müharibəni öz ibadətləri ilə müqəddəsləşdirə bildilər.

Heç şübhəsiz ki, vətənə olan həqiqi eşq Allah Təalaya, Quran Kərimə, həzrəti Rəsulləllaha (səlləllahu əleyhi və alih) və Əhli-beytə (əleyhimus səlam) olan bağlılıqdan və eşqdən qaynaqlanır...

Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də oliqarxlar, ateistlər, üzdəniraqlar, manıslar və s-dən fərqli olaraq dindar təbəqənin üzüvlərindən olan kərbalayılar, məşhədilər və hacılar silaha sarınaraq vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə həm şəri həm də vətəndaş hüququ bildilər.

Bu ölkənin igid və qeyrətli oğulları “Allahu Əkbər!”, Ya Zəhra!, Ya Zeynəb!,“Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edir, düşmənin qəlbinə xof bə vəhşət salırdılar...

Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Azərbaycan xalqı düşmənlərin bütün səylərini puça çıxartdı...

Aşağıda müşahidə edəcəyiniz videoda 28 ildən sonra ilk dəfə Kəlbəcərə daxil olan Azərbaycan hərbi kalonun görürsünüz. Hərbiçilərimiz tarixi bir video çəkərək bildirirlər ki, uzun illərdən sonra ilk dəfə Kəlbəcərdə salavat deyənlər məhz onlar olmuşlar. Və ucadan hamı salavat çəkərək “Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd və əccil fərəcəhum!” deyirlər...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*