?>

Kəbənin pərdəsi dəyişdirildi

Kəbənin pərdəsi dəyişdirildi

Əvvəlki illərdə olduğu kimi, Kəbənin pərdəsi Ərəfə gününə təsadüf edən bu gün səhər saatlarında bir mərasimdə dəyişdirilib.

ABNA24 Xəbər Verir, Kəbənin pərdəsi hər il Həcc ziyarəti zamanı və Ərəfə günü olan Zil-həccə ayının 9-da Səudiyyənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə dəyişdirilir və yenisi ilə əvəz olunur.

Kəbə pərdəsinin dəyişdirilməsi prosesində iştirak edənlər, təxminən 160 nəfərdirlər ki, eskalatordan istifadə edərək, Kəbənin yeni örtüyünün parçalarını bir-birinin ardından Kəbənin dörd tərəfinə quraşdırırlar.

Pərdənin hündurlüyü 14 metrdir və kvadrat şəklində16 parçadan hazırlanıb. Ətrafındakı zolaqda Quran ayələri, hər biri bir kvadratın içərisində ayrı-ayrılıqda yazılıb. Həmçinin, onun üzərində müəyyən fasilərlə və ayrıca "Ya Həyyu Ya Qəyyum", "Ya Rəhmanu Ya Rəhim" və "Əlhəmdu Lillahi Rəbbil Aləmin" sözləri həkk edilib.  

Məlumata əsasən, Kəbənin yeni pərdəsi qızıl və gümüş saplarla gözəl xəttlə yazılmış Quran ayələri ilə bəzədilib.

Kəbə ildə iki dəfə yuyulur, ilk dəfə Şəban ayında, ikinci dəfə isə Zil-həccə ayında. Kəbənin yuyulması üçün Zəmzəm suyu və gülabdan istifadə olunur. Döşəmə və dörd divar içəridən bir metr yarım hündürlüyə qədər yuyulur, qurudulur və ətirlənir.

Həcc ziyarəti ayinləri ikinci il olaraq, koronavirus pandemiyası səbəbindən sərt tədbirlər altında şənbə günündən etibarən başlayıb.

İkinci il olaraq, Həcc ziyarətinə xarici zəvvarlar buraxılmayıb və Ərəbistan rəsmiləri təkcə koronavirusa qarşı peyvəndin hər iki dozasını almış Ərəbistan vətəndaşlarına mərasimdə iştirak etmək icazəsi veriblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*