?>

İstanbul və Ankara sakinləri lirənin dəyərinin azalmasına etiraz ediblər

İstanbul və Ankara sakinləri lirənin dəyərinin azalmasına etiraz ediblər

İstanbul və Ankara sakinləri küçələrə çıxıblar. Onlar Türkiyənin pul vahidi olan lirənin dəyərinin on faiz azalmasına etiraz ediblər.

ABNA24 Xəbər Verir, Fransada və bu ölkə xaricində siyasi və ictimai hadisələri işıqlandıran «Anonim Situayn» bir tvittdə İstanbul və Ankara sakinlərinin dünəngecəki etirazlarını yayıb.

Türkyənin pul vahidi- lirə cari ilin əvvəlindən bəri dollar qarşısındakı dəyərini qırx faiz itiribdir.

Türkiyə xalqı çərşənbə axşamı günü gecə də iqtisadi durumun ağırlaşmasına, eləcə də bu ölkə pulunun dəyərinin kəskin tərzdə azalmasına etiraz olaraq, küçələrə çıxıb.

Türkiyə lirəsinin dəyəri bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın valyuta qiymətinin artması barədəki çıxışı ilə azalıbdır.

Ərdoğan Türkiyə nazirlər kabinetinin iclasında dedi ki, valyuta qiymətinin artması investisiya, istehsal və iş yerinin yaradılmasına birbaşa şəkildə təsir göstərməyəcək. Həmçinin vəd verdi ki, milli pulun dəyərinin kəskin tərzdə azalması qiymətlərin artmasına bais olmayacaq.

Ərdoğanın bu sözlərindən az sonra Türkiyə lirəsinin dəyəri yenə də süqut etdi və hazırda bu ölkədə bir ABŞ dolları on üçdən çox lirəyə dəyişdirilir.

Ötən cümə günü də Türkiyənin İzmir şəhərində minlərlə nəfər bahalıq və inflyasiyaya qarşı aksiya keçirmişdi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*