Fələstin İslami Cihad Hərəkatı İsrail rejiminin Əbu-Dəbidə səfirlik açmasını müqəddəs Qüdsə xəyanət kimi qiymətləndirərək bu addımı kəskin şəkildə pisləyib.
ABNA24 Xəbər Verir, bunu "İslami Cihad"ın nümayəndəsi Tariq Səlmi açıqlayıb.
Onun sözlərinə görə, Əbu-Dəbidə açılan o yer casusluq yuvası və bölgə xalqlarına qarşı sui-qəsd mərkəzidir.
Hərkat təmsilçisi qeyd edib ki, fələstinlilərin sionistlərin terror hücumları nəticəsində qanının tökülməsinə baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri Əbu-Dəbidə bu rejimin səfirliyini açır, sionist qatillərə və cinayətkarlara qiymətli hədiyyələr paylayır. Lakin unudurlar ki, sionist rejimin heç bir idarəsinin legitimliyi yoxdur.
342/