?>

İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq Suriyaya təcavüzlə bağlı izahat istənilib.

ABNA24 Xəbər Verir , Rusiya Xarici İşlər Nazirliyi İsrail səfiri Aleksandra Ben Çvini çağıraraq sionist rejimin Hərbi Hava Qüvvələrinin iyunun 10-da Dəməşqə hücumu ilə bağlı açıqlama tələb edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov indiyə qədər verilən izahatların Kremli qane etmədiyini açıq şəkildə bildirib və Rusiyanın Suriyanın başqa ölkələrin “döyüş meydanına” çevrilməsinə icazə verməyəcəyini sionist səfirin diqqətinə çatdırıb.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Boqdanov hücum zamanı rusların uçuş-enmə zolağına, naviqasiya avadanlıqlarına və hava limanı strukturlarına ziyan vurduğuna görə “dərin narahatlığını” ifadə edib və deyib ki, BMT-nin milyonlarla suriyalıya humanitar yardımının ötürülməsi də pozulub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*