?>

"İsrail rejimi ordusu və onun komandirləri cinayətkardırlar"

Sionist rejimin hava qüvvələrinin sabiq pilotu bu rejim ordusu və onun komandirlərinin cinayətkar olduğunu söyləyib.

ABNA24 Xəbər Verir, sionist rejim ordusunun sabiq pilotu kapitan "Yunatan Şabira" Anadolu xəbər agentliyi ilə müsahibədə qeyd edib ki, İsrail ordusu terror təşkilatıdır və onun komandirləri hərbi cinayətkardırlar.

Şabira 1993-cü ildə sionist rejim ordusuna qoşulub, amma fələstinlilərin ikinci intifazəsində ordudan istefa verib.

O, deyib ki orduya qoşulduqdan sonra fikrini dəyişib və bir terror təşkilatının üzvü olduğunu başa düşüb.

Onun fikrincə İsrail dövləti yəhudipərəst dövlətdir ki, büyün regionu fəlakətə sürükləyir.

"Mən və başqaları buna qətiliklə inanırıq, amma hamı bunu dilə gətirməyə hazır deyil. Bu, söylənməsi gərəkən bi rhəqiqətdir", - deyə sionist rejimin sabiq pilotu qeyd edib.

Şabira bütün dünyanı fələstinliləri hazırkı vəziyyətdən qorumağa çağırıb, çünki onlar irqçi səbəblərdən öldürülürlər və bu faciəni dayandırmaq üçün geniş dəstəyə ehtiyac var.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*