?>

İsrail qüvvələri 80-dən çox fələstinlini yaraladı

İsrail qüvvələri 80-dən çox fələstinlini yaraladı

Sionist qüvvələrinin İordan çayının qərb sahilində qanunsuz yəhudi məskənlərinə qarşı nümayişlərə müdaxilə etməsi nəticəsində 87 fələstinli yaralanıb və bir çoxu da atılan qazdan təsirlənib.

ABNA24 Xəbər Verir, İsrail rejimi qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində qanunsuz yəhudi məskənlərinə qarşı nümayişlərə müdaxilə etməsi nəticəsində 87 fələstinli yaralanıb və bir çoxu da atılan qazdan təsirlənib.  

İsrail qüvvələri nümayişçilərə güllə və rezin güllələrlə yanaşı gözyaşardıcı qazla müdaxilə edib. Fələstinlilər daş ataraq cavab verib.  

Fələstin Qızıl Aypara tərəfindən verilən yazılı açıqlamada İsrail rejimi qüvvələrinin müdaxiləsi zamanı 3 nəfərin güllə, 84 nəfərin isə rezin güllə ilə yaralandığı ifadə edilib.  

İsrail rejimi qüvvələrinin iki könüllü səhiyyə işçisini rezin güllələrlə yaraladığı bildirilib. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*