?>

İsrail polisi 12 aksiya iştirakçısını həbs etdi

İsrail polisi 12 aksiya iştirakçısını həbs etdi

Sionist İsrail rejimi polisi baş nazir Benyamin Netanyahu əleyhinə etiraz aksiyasında iştirak edənlərə hücum edərək, 12 nəfəri həbs edib.

ABNA24 Xəbər Verir, sionist rejim baş nazirinin iqamətgahı önündə etiraz aksiyası keçirərək, Benyamin Netanyahunun istefa verməsini tələb edənlərdən azı 12 nəfər İsrail polisi tərəfindən həbs edilib. 

"Tayms İsrail"in yazdığına görə aksiya iştirakçılarının polis manesini yararaq, iqamətgaha daxil olmağa çalışmalarının ardınca qarşıdurma baş verib. 

Sionist rejim polisi ictimai asayişi pozmaq və ümumi əmlaka zərər-ziyan yetirmək ittihamı ilə 12 nəfərin saxlanıldığını bildirib. 

Ardıcıl olaraq 12 həftədir ki, Netanyahunun iqamətgahı önündə etiraz aksiyası keçirilir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*