?>

İsrail ordusu öz PUA-sını vurdu

İsrail ordusu öz PUA-sını vurdu

Sionist rejim ordusu ötən gün səhvən öz pilotsuz uçan aparatını (PUA) vurub.

ABNA24 Xəbər Verir, bu barədə sionist rejim mediaları məlumat yayıblar. 

Sionist Haaretz qəzeti yazır: İsrail ordusu ötən gün səhvən öz PUA-sını vurub.

Livan Hizbullahının hər an hücum etməsi qorxusu ilə yaşayan sionistlər işğal edilmiş Fələstin səmasında uçan öz PUA-larını Livandan gəldiyi düşüncəsi ilə vurublar. 

Bundan öncə İsrail ordusu Livan ərazisindən daxil olan bir PUA-nı vurduğunu bildirmişdi. 

Sionist rejim ordusu öz bəyanatında ötən gecə Livan ərzisindən daxil olan PUA-nı vurduğundan xəbər vermişdi. 

Bəyanatda deyilir: Bu PUA vurulduğu ana kimi diqqətlə izlənilib və daha sonra onun qalıqları təmizlənilib. 

Sionist rejim bir müddətdir ki, işğal edilmiş Fələstin ilə Livan sərhədlərində silahlı qarşıdurma və atışma olduğunu iddia edir. Elə bu bəhanə sionist rejim ilə Livan sərhədlərdə ordunu tam hazır vəziyyətə gətirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*