?>
Mübarək Ramazan Ayı və Dünya Xalqları

İspaniyada Katolik Kilsəsində Müsəlmanlar İftar süfrəsi açdılar – Foto

Qeyd edək ki, İspaniyada əhalinin yüzdə 4,5%-ni Müsəlman azlıqları təşkil edir.

"Buradakı insanlar müsəlmanların Katolik kilsəsində iftar edə biləcəyindən çox xoşbəxtdirlər. Çün kü, Din insanları birləşdirməkdən ibarətdir, onları bölməkdən deyil." deyərək, Kataloniyadan olan Mərakeş Qadınları Dərnəyinin bir üzvü ildirib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İspaniyanın Barselona şəhərindəki Santa Anna Kilsəsində Müsəlmanlar Ramazan ayı boyunca gecələr oruc tutanlar üçün İftar Süfrəsi açırlar.

Koronavirusla əlaqədar olaraq İspaniyada qoyulan sərt qanunlar nəticəsində örtülü yerlərdə böyük və geniş toplantıların keçirilməsinə icazə verilmir. Bu səbəbdən də Müsəlmanlar hər il olduğu kimi bu il Məscidlərə toplaşaraq Ramazan ayının əməllərini icra edə bilmirlər. Amma Santa Anna Kilsəsində üstüaçıq geniş eyvanlar vardır ki, qapalı məkan hesab olunmurlar. Santa Anna Kilsəsi hər gecə 50-60 Müsəlmana icazə verir ki, Kilsənin eyvanlarından istifadə edərək Ramazan ayinlərini icra etsinlər və İftar Süfrəsi özləri ilə gətirdikləri yeyinti və içməli məhsulları ehsan versinlər.

Kilsəyə İftar etmək üçün gələn oruc tutanlardan biri də əslən Kataloniya məntəqəsində yaşayan əslən  Mərakeşdən olan bir cavandır. O, Reuters agentliyinə verdiyi müsahibəsində deyib: “Hamımız eyniyik ... Katolik və ya müsəlman olmağınızın fərqi yoxdur; Hamımız qardaş və bacı kimiyik və bir-birimizə kömək etməliyik.”  

"Buradakı insanlar müsəlmanların Katolik kilsəsində iftar edə biləcəyindən çox xoşbəxtdirlər. Çün kü, Din insanları birləşdirməkdən ibarətdir, onları bölməkdən deyil." deyərək, Kataloniyadan olan Mərakeş Qadınları Dərnəyinin bir üzvü ildirib.

Qeyd edək ki, İspaniyada əhalinin yüzdə 4,5%-ni  Müsəlman azlıqları  təşkil edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*