?>
Qərbi Asiya Xəbərləri – Fələstin

İslami Cihad: Fələstinli şəhidlərin qanı boşa getməyəcək

İslami Cihad: Fələstinli şəhidlərin qanı boşa getməyəcək

Fələstin İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi bildirib: "Bita qəsəbəsindəki inqilabçı gənclərin Cəbal Səbihdəki işğalçılarla qarşı-qarşıya qalmaq israrı Fələstin və dünyanın bütün azad insanlarında böyük təsir göstərdi və bu şəhəri cihad, müqavimət və inqilabın simvoluna çevirdi. Qələbə bu inqilabçı gənclərə məxsusdur."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Fələstin İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi bildirib: "Sionist rejim silahlıları, Fələstin İnqilabçı Gəncləri tərəfindən təşkil edilən nümayişləri yatırmaq üçün etdikləri cinayət cəhdində nümayişçilərə atəş açıblar. Nəticədə 41 yaşındakı Şadi Ömər Lütfi Səlim adlı günahsız fələstinli şəhid olub."

O, əlavə edib: "Bita qəsəbəsindəki inqilabçı gənclərin Cəbal Səbihdəki işğalçılarla qarşı-qarşıya qalmaq israrı Fələstin və dünyanın bütün azad insanlarında böyük təsir göstərdi və bu şəhəri cihad, müqavimət və inqilabın simvoluna çevirdi. Qələbə bu inqilabçı gənclərə məxsusdur."

İslami Cihad hərəkatının media nümayəndəsi vurğulayıb: “Şəhidlərin qanı boşa getməyəcək və Qüdsün işğalçı rejimi bizim Fələstin torpaqlarımızdan silinən günə qədər inqilabçı gəncləri inqilablarının genişlənməsinə doğru hərəkətə gətirəcək.”

Sionistlər işğalçı hədəflərinə çatmaq üçün gündəlik olaraq Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Və yeni əraziləri işğal etməklə sionist rejimin ərazilərini genişləndirirlər.

Qeyd edək ki, 1948-ci ildə Fələstinin işğalı başlandıqdan 2020-ci ilin sonuna qədər 100.000 fələstinli sionistlər tərəfindən şəhid edilibdir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*