?>
Qarabağ İslam Torpaqlarıdır

İslam Torpaqlarının azadlığı uğrunda, Oruc halda şəhadətə ucalan Kərbəlayi Kamran İsgəndərli – Video

Kərbəlayi Kamran Fizuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında yaxından iştirak edib, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlikər göstərərək, Oruc halında susuz Şəhid olmuş və Allah təalanın dərgahında ağası Əbülfəzlil Abbasa (əleyhi səlam) qovuşmuşdur.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, erməni faşistlərinin Azərbaycan Respublikası əleyhinə başlatdığı ikinci Qarabağ Müharibəsi zamanı Cəlilabad rayonunun özünə məxsus rolu olmuşdur...

Bu gün saytımızın hörmətli izləyicilərinə Cəlilabad raryonunda 29.06.1997 tarixdə dünyaya göz açmış İsgəndərov Kamran Yaşar oğlu haqqında qısa məlumat veririk. O, Cəlilabad rayonunun xoşbəxt bir dindar ailəsində dünyaya göz açmış, iki bacının tək qardaşı olmuşdur. Kərbəlayi Kamran gözəl səsə malik olduğu üçün Məscidlərdə Azan verərdi...

İkinci Qarabağ Müharibəsi başlananda könüllü olaraq müharibəyə yollanmış və bir çox Əli (əleyhi səlam) Şiələri kimi İslam Torpaqlarının keşiyində durmağı özünə borc bilmişdir...

Kərbəlayi Kamran Fizuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında yaxından iştirak edib, çoxlu igidliklər göstərmiş və azad olunmuş hər bir torpaqlarımızda Azan verərək Allah Təalaya şükür səcdələri qılmışdır. Nəhayət Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə Kərbəlayi Kamran böyük igidlikər göstərərək, Oruc halında susuz Şəhid olaraq Allah təalanın dərgahında ağası Əbülfəzlil Abbasa (əleyhi səlam) qovuşmuşdur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*