?>

İŞİD-ə qoşulan azərbaycanlı vəhhabi terrorçuları və ABŞ-ın İŞİD vasitəsi ilə apardığı “proxy war” müharibəsi – Təhlil və Video sənəd

Əldə olunan dəqiq məlumatlara görə, ABŞ işğalçı qüvvələri, müxtəlif millətlərdən ibarət olan və quyruğu qapı arasında qalmış İŞİD terrorçularının qalıqlarını Suriya və İraqdakı hərbi bazaları yaxınlığında yerləşdirir. Onları ərzaq, geyim, silah-sürsat ilə təmin edir və vaxtaşırı olaraq ideoloji baxımdan da terrorçu qüvvələrin ehtiyaclarını ödəyir…


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriya və İraqda özünə "İslam dövləti" (İŞİD) qurmaq adı ilə birləşən terrorçuların aqibəti heç də yaxşı olmadı.

Təkcə 07 Sentyabr 2017 il tarixində yayılan məlumatlarda İraq ordu qüvvələrinin Təlafər şəhərini bir müddət mühasirədə saxladıqdan sonra İŞİD-dən tam azad etməsindən sonra əksəriyyəti xarici vətəndaşlardan ibarət olan 1300 İŞİD terrorçusu təslim olub.

Digər məlumatlarda isə qeyd edilir ki, "Haşdi Şabi" şiə milislərinin və İraq əsgərlərinin onları öldürməsindən qorxan 500-ə yaxın İŞİD üzvü öz ailələri ilə birlikdə Telafer şəhərinin şimalındakı İyaziyə qəsəbəsindəki işğalçı sionist israil rejimi ilə təcavüzkar ABŞ qüvvələrinə bağlı kürd-peşmərgə silahlılarına təslim olub.

Təslim olan terrorçuların əsasən, Almaniya, Fransa, İngiltərə, Türkiyə, Rusiyanın Çeçenistan, Dağıstan və s respublikaları, Azərbaycan, Gürcüstan, Əfqanıstan, Yəmən, Tunis, Pakistan, Səudiyyə rejimi, Misir, Çin uyğurları və digər ölkə vətəndaşları olduğu bildirilir.

Son məlumatlara görə, İraq və Suriyada baş verən bu döyüşlərdə Azərbaycandan gedərək İŞİD-ə qoşulmuş 600-ə yaxın şəxs öldürülüb. Ümumilikdə, İraq və Suriyada döyüşlərdə öldürülən azərbaycanlıların sayı yüzlərlədir.

Lakin hələ İŞİD terrorçularından tam təmizlənməmiş ərazilər də qalır. Amma onların da aqibəti artıq çoxdan bəllidir və bunu İŞİD-çilərin özləri də yaxşı bilir. Ona görə də artıq quyruğunun qapı arasında qaldığını görən terrorçular bu günə kimi aradan çıxmaq üçün müxtəlif yollar arayırlar. Vaxtilə guya cənnətə düşmək üçün İŞİD-ə qoşularaq döyüşlərə atılanlar indi artıq ölmək fikrindən vaz keçiblər. Məlumata görə, terrorçuların arasında böyük təşviş var. Ərzaq yox, su yox, dərman yox. Ona görə də çoxları əllərində olan pulları, qızılları, topladıqları qənimətləri verərək Türkiyəyə keçməyə çalışır. Bəziləri isə vaxtilə kafir adlandıraraq əlaqələrini üzdükləri Azərbaycandakı ailələrinə müraciət edərək kömək istəyiblər.

Əldə olunan dəqiq məlumatlara görə, ABŞ işğalçı qüvvələri, müxtəlif millətlərdən ibarət olan və quyruğu qapı arasında qalmış İŞİD terrorçularının qalıqlarını Suriya və İraqdakı hərbi bazaları yaxınlığında yerləşdirir. Onları ərzaq, geyim, silah-sürsat ilə təmin edir və vaxtaşırı olaraq ideoloji baxımdan da terrorçu qüvvələrin ehtiyaclarını ödəyir…

ABŞ hegemonçularının İŞİD terror qruplaşmasına qoyduğu bu sərmayələr heç də Amerika siyasətçilərinin hümanistlik prinsibindən irəli gəlmir.

Çox aydın məsələdir ki, dünyanın dörd bir tərəfində baş verən müharibə və fəsad alovlarının əsas mənşəyə olan Amerika Birləşmiş Ştatları insanlıq duyğularından uzaq olan vəhhabi terror qruplaşmalarına ayırdığı qayğı, maddi və mənəvi dəstəkləri dünyanın digər güc qütbləri olan Rusiya, İran İslam Respublikası və Çin kimi dövlətlərə öz hegemonçuluğunu qəbul etdirməkdir.

Rusiyanın Çeçenistan, Dağıstan və Ukraniya müharibəsində vəhhabi terrorçularına qarşı döyüşməsi, habelə Çin hökümətinin uyğur vəhhabiləri ilə qarşıdurması, İran İslam Respublikasının İraq, Əfqanıstan və Suriyada vəhhabi terrorçularına qarşı mübarizəsi bütün bunların hamısı ABŞ-ın həyata keçirtdiyi “proxy war” adlanan vasitəçilik müharibəsinin bir hissəsidir.

Müşahidə etdiyiniz bu video 2017 ilin Sentyabr tarixində İraqın Telafər şəhərində İraq Şiə Ordusuna əsir düşmüş yüzlərlə vəhhabi terrorçuları arasında Azərbaycan Respublikasının vəhhabi terrorçularının da olduğunu göstərir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*