?>

İşğalçı rejimin səfiri kimi aldadır?

İşğalçı rejimin səfiri kimi aldadır?

Məscid işğal edən rejimin nümayəndəsi işğaldan azad edilmiş məscid qarşısında foto çəkdirir?!

ABNA24 Xəbər Verir, İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə təkrar səfərlərini davam etdidir.

Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında bu barədə yazıb.

 “Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib, şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib”, - deyə E. Hüseynov qeyd edib.

Fələstinin dağıdılmış yaşayış məkanları üzərində qurulmuş işğalçı sionist rejimin nümayəndəsinin Azərbaycanın işğal müddətində dağıdılmış şəhərləri ilə maraqlanması ciddi şübhə doğurur.

Məscidül-Əqsanı işğal etmiş və hər gün bu məscidə ibadət üçün getmək istəyən müsəlman fələstinlilərə hücum edərək onları həbs və işkəncələrə məruz qoyan rejimin nümayəndəsi qəribədir ki, Ağdam məscidi qarşısında foto da çəkdirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*