?>

İşğal olunmuş Fələstində koronavirus tüğyan edir

İşğal olunmuş Fələstində koronavirus tüğyan edir

Dünyada koronavirusa qarşı ən genişmiqyaslı peyvəndləmə kampaniyası həyata keçirdiyini iddia edən və cəmi bir neçə ay əvvəl kollektiv immunitet qazandığına inanan İsrail rejiminin işğal etdiyi Fələstin ərazilərində koronavirusun “delta” variantı tüğyan edir.

ABNA24 Xəbər Verir, Hurriyyet.az xəbər verir ki, ötən gün işğal olunmuş Fələstində 11 minə yaxın yeni yoluxma qeydə alınıb, aktiv koronavirus xəstələrinin sayı 86 min nəfərə yaxınlaşır ki, bu da bütün pandemiya dövrü üçün antirekord hesab edilir.

Bu baxımdan əhalisinin 60 faizinə peyvəndin hər iki dozasının vurulduğunu iddia edən sionist rejimdə yoluxmaların niyə bu cür kəskin artması suallar doğurur: vaksinlərin effektivliyi aşağı düşüb, yoxsa başqa amillər var?

İşğal olunmuş Fələstində “Pfizer” və qismən “Moderna” vaksini vurulub. Bunlar koronavirusa qarşı effektivliyinin ən yüksək olduğu iddia edilən preparatlar hesab edilir.

“Le Figaro” qəzeti yazır ki, “delta” variantı İsrail rejimində nəinki peyvənd olunanlar, eləcə də 6 ay əvvəl peyvəndin hər iki dozasını vurduranlar arasında sürətlə yayılır.

Fransalı epidemioloq Antuan Flao İsraildəki vəziyyəti dəyərləndirərkən deyib ki, peyvəndin effektivliyinin aşağı düşməsi virusun yeni ştammının sürətlə yayılmasının səbəblərindən biri ola bilər. Lakin İsrail rejimində xəstəxanaya yerləşdirilənlərin və ya ölüm hallarının sayında bu amilin rolu yoxdur.

Hazırda işğal olunmuş ərazilərdə əhalinin 60 faizdən bir qədər azı hər iki doza peyvənd qəbul edib, amma artıq kollektiv immunitetə ümid bəslənilmir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*