?>

İşğal olunmuş Fələstində ammonyak sızması

İşğal olunmuş Fələstində ammonyak sızması

Sionist rejim mənbələri dünən gecə bu rejimin İşğal olunmuş Fələstində yerləşən Hayfa şəhərindəki zavodlarından birində ammonyak sızmasından xəbər veriblər.

ABNA24 Xəbər Verir, sionist rejimin yeddinci telekanalı bu xəbəri verərək, bildirib ki, yardım və xilasetmə qrupları hadisə məkanına göndəriliblər.

Bu olay haqda artıq detallar verilməyibdir.

Belə bir halda, informasiya mənbələri çərşənbə günü gecə xəbər veriblər ki, işğal olunmuş ərazilərin cənubunda yerləşən Nəqəb səhrasındakı «Dimona» nüvə reaktorunun ətrafında həyəcan siqnalları səsləndirilib.

Ondan öncə də bəziləri bu nüvə reaktorunun ətrafında güclü partlayış səsindən xəbər vermişdilər.

Onun ardınca sionist rejim ordusunun sözçüsü Avixay Adri iddia etdi ki, bu ordunun qüvvələri Suriyadan işğal olunmuş ərazilərə tərəf yer-hava raketinin atılması və Nəqəb bölgəsinə düşməsini müşahidə ediblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*