?>
Həcc –İslamın Böyük Siyasi və İbadi Əməli – Ərəfə Duası

İsfahanın “Şəhidlər Gülzarı”nda İmam Hüseynin (ə) oxuduğu Ərəfə duası oxunub– Foto Reportaj

Dünyanın bir çox yerlərində olduğu kimi həzərət İmam Hüseynin (əleyhi səlam) Ərəfə günü oxuduğu bu məşhur və Tövhidi maarif ilə dolu olan Ərəfə Duası, İran İslam Respublikasıın İsfahan əyalətinin mərkəzində, İsfahan şəhərində yerəşən Şəhidlər Gülzarında, mömin xalq kütləsinin iştirakı ilə oxunmuşdur.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ərəfə günü İslamda mübarək günlərdən sayılır. Həmin günün gecəsini namaz və dua ilə keçirmək, gündüz isə oruc tutmaq savabdır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) və Məsum İmamlar (əleyhimus səlam) ərəfə günü oruc tutan şəxsin günahlarının bağışlanacağını buyurmuşlar.

Ərəfə günü İmam Hüseynin (əleyhi səlam) dilindən rəvayət edilən "Ərəfə duası"nı oxumağın da böyük savabı var. Həmin duanı vaxtilə İmam Hüseyn (ə) həcc ziyarəti zamanı, ərəfə günündə Ərəfat çölündə oxumuşdu.

Dünyanın bir çox yerlərində olduğu kimi həzərət İmam Hüseynin (əleyhi səlam) Ərəfə günü oxuduğu bu məşhur və Tövhidi maarif ilə dolu olan Ərəfə Duası, İran İslam Respublikasıın İsfahan əyalətinin mərkəzində, İsfahan şəhərində yerəşən Şəhidlər Gülzarında, mömin xalq kütləsinin iştirakı ilə oxunmuşdur.

 

Ərəfə Günü nə deməkdir və hansı gündür?

 

Ərəfə günü zilhiccə ayının 9-cu gününə deyilir. Hacilar həmin gün Məkkə kənarındakı Ərəfat çölündə “vüfuq”- dayanıb niyyət etdikləri üçün ona bu ad verilib. Ərəfat - Məkkə şəhərindən 20 km. cənub-şərqdə, Məkkə-Taif yolunun kənarında yarımdairəvi təpələrlə əhatələnmiş ərazinin adıdır. Rəvayətə görə, Həzrət Adəm Peyğəmbərlə (ə) Həvva cənnətdən qovulduqdan sonra bir-birini axtararaq xeyli gəzib-dolaşmış və nəhayət, Ərəfatda görüşmüşdülər. Başqa bir rəvayətə görə, mələk Cəbrail Həzrət İbrahim Peyğəmbərə (ə) həcc əməllərini burada başa salmış və İbrahim Peyğəmbər (ə) "bildim, anladım" deyə cavab vermişdi. Hər iki varianta uyğun olaraq, "Ərəfat" sözü də "bilmək, tanımaq" kökündən qaynaqlanır.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*