?>

İraq ABŞ-ı beynəlxalq məhkəməyə verib

İraq ABŞ-ı beynəlxalq məhkəməyə verib

İraq parlamentinin Xarici Əlaqələr Komissiyasının müşaviri İraqın suverenliyini pozduğu və bu ölkə xalqına qarşı urandan istifadə etdiyi üçün Beynəlxalq məhkəmələrdə ABŞ-a qarşı iddia qaldırıldığını bildirib.

ABNA24 Xəbər Verir, İraq parlamentinin Xarici Əlaqələr Komissiyasının müşaviri Hatif Əl-Rikabi "Əl-Məlumə" xəbər agentliyi ilə müsahibədə deyib: "İraqın suverenliyini pozduğu və uran silahından istifadə etdiyi üçün ABŞ-a qarşı İsveç və Almaniya məhkəmələrində iddia qaldırılacaq".

Əl-Rikabi əlavə edib: "İsveç və Alman məhkəmələrindəki şikayətlər, ABŞ-ın beynəlxalq məhkəmələrdə cavabdehliyini təmin edəcək və bu məsələdə gecikməyə mane olacaq".

İraq rəsmisi Səhiyyə Nazirliyindən bu ölkənin müxtəlif bölgələrində ABŞ-ın bombalaması nəticəsində dəyən xəsarətlərin detallarını elan etməsini istəyib.

İndiyədək, 1991 və 2003-cü illərdə İraqa qarşı müharibələrdə ABŞ işğalçıları tərəfindən yüzlərlə ton zəiflənmiş urana malik döyüş sursatından istifadə barədə çoxsaylı məlumatlar dərc edilib və məlumatlı tibbi mənbələri bunu İraqda xərçəngin yayılması və qüsurlu körpələrin doğulmasna səbəb olduğunu deyirlər.

Məlumata görə, İraqın müxtəlif şəhərlərindəki ailələrin təxminən 60 faizi müxtəlif kimyəvi və uran çirkləndiricilərindən birinə məruz qalıb və bu, İraq üçün böyük bir sağlamlıq problemidir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*