?>

İranla Azərbaycan arsdında nəqliyyat əməkdaşlıqları müzakirə olunur

İranla Azərbaycan arsdında nəqliyyat əməkdaşlıqları müzakirə olunur

Bakıda Azərbaycan və İranın yol nəqliyyatı ilə bağlı birgə komissiyası işinə başlayıb.

ABNA24 Xəbər Verir,  ötən gündən başlayaraq iki ölkənin yol və yükdaşıma nəqliyyatı ilə bağlı birgə komissiyası işinə başlayıb. Bu komissiyanın iclasları bir neçə gün çəkəcək.

İclasda İran tərəfini bu ölkənin Yol Nəqliyyatı və Yükdaşıma Təşkilatının rəsmisi Cavad Hidayəti və onun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu iclas çərçivəsində iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrində xüsusilə də yol nəqliyyatı və yükdaşıma sahəsində olan maneələrin aradan qaldırılması məsələləri müzakirə edilir.

Qeyd edək ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunda hakimiyyətini təmin etdikdən və buradan keçən yük maşınlarına vergilərin tətbiq edilməsindən sonra iki ölkənin aidiyyatı qurumları əlaqəli məsələlərin həlli üçün birgə iclasların keçiriləcəyini bəyan etmişdilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*