?>
İslam və İdman

İranın qadınlardan ibarət xokkey üzrə milli komandası BƏƏ Kubokunda ikinci oldu - Video

İranlı qadın xokkeyçilərdən ibarət milli komanda BƏƏ-nin ev sahibliyi etdiyi beynəlxalq yarışda ilk rəsmi çıxışında ikinci oldu.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Dubayın ev sahibliyi etdiyi Qadın və Kişi Buz Konkisürmə Klubları Kubokunda bu gün (cümə axşamı) finalda İran qadınlardan ibarət komanda ən güclü rəqibi Rusiyaya 1:3 hesabı ilə məğlub olaraq ikinci pilləyə qalxdı.

Millimizin bu matçdakı yeganə qolunu Fatimə İsmaili vurub.

İran qadın xokkey komandası ilk matçında ev sahibi komandasını 3:0, ikinci matçda isə güclü Rusiya komandasını 4-2 hesabı ilə məğlub etdi. İkinci oyun günündə İranlı xokkey oyunçuları Rusiyaya 4:1 hesabı ilə məğlub oldular və BƏƏ üzərində 4:0 hesablı qələbə ilə finala yüksəldilər və final matçında Rusiyaya uduzaraq ikinci yeri qazandılar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*