?>

İranın ölkələrlə həmkarlığı üzrə yol xəritəsi hazırlanacaq

İranın ölkələrlə həmkarlığı üzrə yol xəritəsi hazırlanacaq

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran digər ölkələrlə həmkarlıq üzrə yol xəritəsini öz milli maraqları əsasında hazırlayacaq.

ABNA24 Xəbər Verir, İran-Çin-Rusiya dəniz təlimlərinə toxunan höccətülislam Seyid Məhəmməd Həsən Əbuturabifərd söyləyib: Bu kimi müştərək hərbi təlimlər regionda təhlükəsizliyin yüksəlməsində rol oynaya və regionun gələcəyində mühüm dəyişiklikləri göstərə bilər.

Asiya qitəsindəki enerji imkanlarına işarə edən Tehranın cümə namazı xitabətçisi deyib ki, bu gün bu qitə dünyada enerji hasilatı qütbü kimi təyinedici yerə malikdir.

Əbuturabifərd həmçinin İran prezidentinin Rusiya səfərinə toxunub. Bildirib ki, bu qonşu ölkə ilə əlaqələrin möhkəmləndirilməsi qırx il zorakılar qarşısında dayanmış və bu gün qüdrət mövqeyində duran İran üçün milli maraqlar çərçivəsində regionun təhlükəsizliyinin artırılmasında da rol oynaya bilər.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: İranın Amerika hegemoniyası ilə mübarizə təcrübəsi Asiyanın təhlükəsizliyinin artırılması istiqamətində İran-Çin-Rusiya həmkarlığına dayaq ola bilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*