?>

İranın neft ixracatı 40 faiz artıb

İranın neft ixracatı 40 faiz artıb

İran İslam Respublikasının prezidenti ölkəsinin neft ixracının 40% artığını bildirib.

ABNA24 Xəbər Verir, Seyid İbrahim Rəisi deyib: "İranın neft ixracı o qədər artıb ki, artıq biz bu məsələ ilə bağlı narahatlıq keçirmirik. On üçüncü hökumətin dövründə neftin ixracında 40% artım olub və həmçinin ixracdan əldə eldə edilən pullar da ölkəyə qayıtmaqdadır."

Rəisi Hormuzqan əyalətinə səfəri çərçivəsində videokonfrans formatında keçirilən bir iclasda bildirib ki, artıq ölkəsi neftin ixracı ilə bağlı nigaran deyil.

O, rəhbərlik etdiyi hökuməti dövründə neft ixracında artımın 40% olduğunu bildirib.

Qeyd edək ki, hazırda İranın 4+1 ölkələri və vasitə ilə ABŞ-la Vyanada apardığı nüvə danıqılarının əsas müddəalarından biri də neft ixracına maneələrin aradan qaldırılması, satışdan əldə edilən gəlilərin ölkəyə qayıtması və maliyyə köçürmələrinə qarşı sanksiyaların ləğv edilməsidir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*