?>

İranın azad zonalarından 134 milyard dollarlıq ixracat həyata keçirilib

İranın azad zonalarından 134 milyard dollarlıq ixracat həyata keçirilib

İran prezidenti ötən yeddi ildə ölkənin azad və özəl zonalarından 134 milyard dollarlıq ixracatın həyata keçirilməsinin bu bölgələrdə yeni fəallığın başlanmasından xəbər verdiyini bildirib.

ABNA24 Xəbər Verir, Həsən Ruhani bu gün azad və özəl iqtisadi, sənaye və ticarət zonalarında 58 milli layihənin istifadəyə verilməsi mərasimində deyib ki, sanksiya şəraitində ölkənin iqtisadi sərmayələrini fəallaşdırılmaq əvvəlkindən daha çox zərurət daşıyır.

Ruhani bildirib ki, İran çeşidli iqlim şəraitinə və son dərəcə iri resurslara malik olmaqla investorlar üçün dəyərli və cazibədar bir məkandır.

İran prezidenti sonra belə qeyd edib: Azad və özəl iqtisadi zonalar iqtisadi blokada şəraitində bankçılıq, sığorta və ehtiyat toplama problemlərinin həllində təsirli rol oynaya bilərlər.

Ölkə prezidenti çıxışının digər bir hissəsində İslam Dünyasında və beynəlxalq arenadakı hazırkı xas və özəl şəraitə işarə ilə bildirib ki, İran xalqı dünyanın bu həssas şəraitində ölkəni, İslamın mənafeyini və öz dəyərlərini layiqincə müdafiə edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!