?>

İranda "Ordu Günü" paradında raket sistemləri nümayiş etdirilib

İranda 29 fərvərdin "Ordu Günü" münasibəti ilə keçirilən paradda İran İslam Respublikası Silahlı Qüvvələrinin ən son raket sistemləri nümayiş etdirilib.


ABNA24 Xəbər Verir, bu gün İranda 29 fərvərdin (18 aprel) "Ordu Günü" ilə eyni zamanda bütün ölkədə bu günə həsr edilmiş  tədbirlər İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin qiraətilə başlayıb və tədbirdə raket sistemləri nümayiş olunub.

Tədbir avtoparad şəklində və "Vətən müdafiəçiləri; Sağlamlıq köməkçiləri" devizi altında keçirilir.

Paradda yerli Səyyad 3 və 4 raket sistemləri, Təlash raketləri, S-300 və S-200 strateji raketləri və Mersad raket sistemləri nümayiş olunub.

Səhiyyə protokollarına uyğun təşkil edilən mərasimdə rəsmi qurumların nümayəndələri, o cümlədən İran Ordusunun baş komandanı general-mayor Seyyid Əbdürrəhim Musəvi iştirak edir.

İran İslam Respublikası Ordusunun hərbi birləşmələrinin paradı keçirilməkdədir və keçən il olduğu kimi bu il də koronavirus pandemiyası səbəbindən bu mərasim ölkənin qarnizonlarında keçirilir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*